Ağdamın balaca boksçuları... - FOTO

Ağdamın balaca boksçuları... FOTO

Bölgələrdə azyaşlılar arasında idmana böyük maraq olsa da, mövcud şərait balaca idmançıların arzularını çox vaxt həyata keçməyə imkan vermir. Yeniyetmələr ya ucqar kəndlərdə idman zalı olmadığından, ya da ki, mərkəzi yaşayış məntəqələrinə vaxtlı-vaxtında gələ bilmədiklərindən öz istəklərinə uzaqdan baxmalı olurlar.
Müharibənin gətirdiyi ağrı-acılardan hələ də yaxasını qurtara bilməyən Ağdamın ucqar kəndlərində böyüyən uşaqlar müəyyən mənada idmandan kənarda qalıb. Onlar üçün peşəkar idman ancaq qəsəbə və şəhər həyatında rast gəlinə bilər. Buna baxmayaraq bütün çətinliklrədən keçməyə hazır olan idmancılar beynəlxalq yarışlara getmək həvəsindən əl çəkmirlər.
Balaca həm söhbətimiz Cavidxan Şahbazlı bildirdi ki, mənim idmanla məşğul olmaqda bir məqsədim var, Azərbaycanimizin bayrağını xarici ölkələrdə yüksəltməkdir. Mənim boksa gəlməyimdə səbəb isə Fariz Məmmədov olub. O mənim ən böyük idealımdır. Məşlər nə qədər cətin olsada və hansı problemlələ üzləşsəmdə mən mütləq Fariz kimi bir boksçu olacam.
Bütün mərhumiyyətlərə rəğmən, yerli mütəxəssislər balaca idmançıların tam gücü ilə yetişməsi üçün əlindən gələni əsirgəmirlər. Onlar hətta uzaq yaşayış məntəqələrindən şagirdlərin mərkəzi idman klubuna daşınmasını da öz üzərlərinə götürürlər.

Elgün Rəhimov - AzPRESS 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !