Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov 4 rayonun sakinləri ilə görüşüb - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov 4 rayonun sakinləri ilə görüşüb FOTO

Aprelin 25-də Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Ağdam rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında bu rayonun və Ağcabədi, Laçın,Bərdə rayonlarının sakinlərini qəbul edib.
Ümumilikdə 80 nəfərə yaxın vətəndaş fərdi qaydada qəbul olunaraq müraciətləri nazirliyin aidiyyəti struktur bölmələrin məhsul şəxslərin iştirak ilə araşdırılıb.Müraciətlərdə imtiyazlı şəxslərin mənzil və minik avtomobilləri,sanator-kurort yollayışları,reabilitasiya vasitələri, bərpa-müalicə xidməti ilə təmin oluması məsələləri üstünlük təşkil edib.Əvvəlki dövrlərdən fərqli olaraq, ünvalı dövlət sosial yardımı,əlillik təyinatı ilə bağlı müraciətlər kəskin şəkildə azalıb.
S.Müslümov müraciətlərinə uyğun olaraq ayrı-ayrı imtiyazlı şəxslərin bərpa-müalicə xidməti, reabilitasıya avadanlıqları, sanator-kurort yolayışları ilə təmin olunması barədə tapşırıqlar verib.Nazir vətəndaşların diqqətinə çatırıb ki,hazırda bu və ya digər sosial təminat növündən isdifadə etmək üçün tələb olunan sənədlərin siyahları nazirliyin rəsmi sayıtına təqdim olunur.Həmin sənədləri təqdim edən şəxslərin müraciətləri üzrə sosial təminatında heç bir problem yoxdu. Qəbul zamanı aidiyyatı struktur bölmələrin məsul şəxslərinə bir sıra vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququnun olub-olmamasının araşdırılaraq müvafiq qərar qəbul olunması, eləcə də əlillik qrupu almaq üçün müraciyyət edən şəxslərin əlillik vəziyyətini müəyyən olunması tapşırılıb. Tapşırıqlarda vətəndaşların müraciətlərinə səhlənkar yanaşan əməkdaşlarla bağlı inzibati tədbirlərin görülməsidə əksini tapıb.
Nazir minik avtomobilin ilə təmin olunmaq üçün müraciət edən şəxslərə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən,2014-cü ilin əvvəlinədək növbədə olan vətəndaşların cari il ərzində avtomoillə tam təmin olunması üçün konkret işlərin görüldüyünü,təkcə bu ay ərzində həmin insanlardan artıq 300 nəfərin avtomobil verildiyini bildirib.”Növbədə olan daha 375 nəfər əlilliyi olan şəxsə də yaxın aylarda minik avtomobilləri veriləcək.biz indi müvafiq işləri görürük ki,növbədə olan Böyük Vətən müharibəsi və digər kateqoriyadan olan əlillərində qısa müddətdə avtomobillə təmin edək”
S.Müslümov əlil və şəhid ailələri üçün bir sıra bölgələrdə olduğu kimi, Ağdam və Bərdə rayonlarında da, yeni çoxmənzilli yaşayış binalarının inşa olunduğunu deyib: “artıq bu gün (25 aprel) Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış binasındaki mənzillə növbəlilik üzrə əlil və şəhid ailələrinə təqdim olundu. Digər binalardakı mənzillər də, Nazirliyin rəsmi internet saytında təqdim olunan mənzil növbəliyi siyahısı əsasında paylanacaq. Sonrakı mərhələdə isə biz şəhər yerlərində mövcud olan mənzil fondlarından əlil və şəhid ailələri üçün mənzillər alınıb verilməsi qaydasını tətbiq etməyi qərara almışıq. Belə yanaşma əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün də, məqsədyönlü olacaq.”
Qəbul zamanı nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər aidiyyatı qrumlara çatdırılması üçün qeydiyyata alınıb. Ağcəbədi, Bərdə və Laçın rayonlarında qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMN-lərinin inzibati binalarının qarşısında xüsusi ayrılmış nəqliyyatla Ağdam rayonuna aparı gətirilmələri təmin olunub.
Elgün Rəhimov - AZpress 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !