ADU-nun 5 tələbəsi Rusiyada beynəlxalq konfransda iştirak edəcək -

ADU-nun 5 tələbəsi Rusiyada beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin 5 tələbəsi mayın 4-6-da Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin Vladivostok şəhərində yerləşən Uzaq Şərq Federativ Universitetində “Rusiya- XXI əsr: Sakit Vektor” mövzusunda keçiriləcək VII Ümumrusiya elmi-praktik tələbə konfransında iştirak edəcəklər. Tələbə konfransında iştirakçılar iqtisadiyyat, siyasət, hüquq və sosial-mədəni tədqiqat sahələrində xarici və Rusiya tədqiqatçılarının elmi əsərlərini əsas götürərək Asiya- Sakit Okean regionu ölkələrinin Rusiya ilə əməkdaşlığının təhlili ilə bağlı çıxışlar edəcəklər. Tələbələr Asiya- Sakit Okean regionunda Rusiyanın perpektivləri ilə bağlı mövcud elmi tədqiqatlarını, fikirlərini bölüşmək, təhlil aparmaq üçün unikal imkan qazanacaqlar.
Konfrans “Rusiyanın Asiya- Sakit Okean regionu çoxtərəfli diplomatiyasının sosial-iqtisadi inkişafının səmərəli vasitəsi kimi”, “Mədəni xüsusiyyətlərin Asiya- Sakit Okean regionunda inteqrasiya prosesi yollarına təsiri” və “Beynəlxalq əlaqələrdə Rusiya əsas aktyor kimi: Asiya- Sakit Okean əməkdaşlığının yeni formaları” bölmələrindən ibarətdir.
Bu konfransda Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin 456-cı qrup tələbəsi Elşən Hüseynov “İqtisadi əməkdaşlıq ümummilli marağa təşviq yolu kimi”, həmin qrupun digər tələbəsi Rafiq Zeynalov “Müasir beynəlxalq münasibətlərdə Asiyanın rolu”, , 143a qrup tələbəsi Aydın Ağayev “ Rusiya- mədəni xüsusiyyətlərin Asiya və Sakit okeanına inteqrasiya prosesi yollarına təsiri”, 143b qrup tələbələri Əvəz Səfərov və Natiq Salahov “Beynəlxalq əlaqələrdə Rusiya əsas aktyor kimi: Asiya- Sakit Okean əməkdaşlığının yeni formaları”, “Rusiyanın Asiya- Sakit Okean regionu çoxtərəfli diplomatiyasının sosial-iqtisadi inkişafın səmərəli vasitəsi kimi”, mövzularında çıxış edəcəklər. ADU tələbələrindən Elşən Hüseynov, Rafiq Zeynalov konfransın işinə birbaşa qatılacaqlar. Digər 3 tələbə isə konfransda distant yolla iştirak edəcəklər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !