"Mərakeş çəyirtkəsi" əkin sahələrinə qənim kəsilməyə başlayıb - FOTO

"Mərakeş çəyirtkəsi" əkin sahələrinə qənim kəsilməyə başlayıb FOTO

Azərbaycanın bir neçə rayonunda taxıl sahələri və digər yaşıllıq örtükləri "Mərakeş çəyirtkəsi" kimi tanınan həşərat sürülərinin hücumuna məruz qalıb. AzPRESS xəbər verir ki, Beyləqan rayonunun Şirinqum adlı ərazisində çəyirtkə sürüləri dayanmadan artmaqda davam edir. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Beyləqan Bitki Mühafizəsi və Karantin İdarəsindən verilən məlumata görə, hazırda zərərvericilərə qarşı ciddi mübarizə aparılır.Bunun üçün ətraf rayonlardan da, canlı qüvvə və kənd təsərrüfatı texnikaları cəlb olunub.
Mərakeş çəyirtkələrinin İmişli, Saatlı və Sabirabad rayonlarında da əkin sahələrinə və yaşıllıq örtüklərinə zərər vurması müşahidə olunduğu bildirilir.

Elgün Rəhimov - AzPRESS 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !