Ağdamda Ümummilli liderin 91 illik yubleyinə həsr olunmuş təntənəli tədbir keçirildi - FOTO

Ağdamda Ümummilli liderin 91 illik yubleyinə həsr olunmuş təntənəli tədbir keçirildi FOTO

Ağdam rayonunda ulu öndər, ümummilli lider, Heydər Əliyevin 91 illik yubleyinə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbir Ağdam Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 300-ə yaxın gəncin iştiraki ilə Ağdam rayon Musiqi Kollecində baş tutmuşdur.
Öncə ulu öndərin abidəsini ziyarət edən gənclər, sonra isə tədbir zalında Ümummilli liderə həsr edilmiş video çarxı izlədilər.
Tədbirdə iştirak edən rayon ictimayyətinin nümayəndələri Heydər Əliyev irsinin daha dolğun şəkildə öyrənilməsi istiqamətində çıxışlar edərək ulu öndər haqda geniş söhbətlər açdılar.
Daha sonra isə Ağdam Musiqi Kollecinin tələbələri tərəfindən hazırlanmış konsert proqramı tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
Elgün Rəhimov - AZPRESS 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !