İRƏLİ nümayəndəsi MDB Parlamentlərarası Gənclər Assambleyasının iclasında iştirak edib - FOTO

“İRƏLİ” nümayəndəsi MDB Parlamentlərarası Gənclər Assambleyasının iclasında iştirak edib FOTO

16-18 aprel tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində MDB ölkələrinin gənclər parlamentinin növbəti toplantısı keçirilib.
“İRƏLİ” İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri Xaqani Fərəcov MDB ölkələrinin gənclər parlamentinin toplantısında iştirak edib.
Toplantıda MDB Parlamentlərarası Gənclər Assambleyasının rəsmi loqosu seçilib və təsdiq olunmuş “Gənclərin asudə vaxtının səmərli təşkili”, “Könüllülər haqqında” model qanunlar ətrafında diskussiya aparılıb.
Həmçinin toplantıda MDB ölkələrinin Parlamentlərarası Gənclər Forumunun hazırlıq işləri müzakirə olunub və forumun təşkilat heyəti formalaşdırılıb.
Toplantının sonuncu günü “İRƏLİ” nümayəndəsi MDB üzv ölkələrinin Parlamentlərarası Assambleyasının ümumi toplantısında Azərbaycan Respublikasının Millət vəkililəri ilə bərabər iştirak edib.
Qeyd edək ki, Gənclər Parlamentinin əsas məqsədi gənclərin qanunvericilik bazası ilə yaxından tanış olmaq, müxtəlif qanun layihələrinin hazırlanmasında MDB ölkələrinin Parlament Assambleyasının işində bir başa iştirak etmək və MDB ölkələrinin gənclərlə bağlı qanunvericilik bazasının möhkəmlənməsini nəzərdə tutur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !