Ağdam Dövlət Sosial-İqtisadi kollecində Uğur Qazanmaq adlı təlim keçirilmişdir - FOTO

Ağdam Dövlət Sosial-İqtisadi kollecində “Uğur Qazanmaq” adlı təlim keçirilmişdir FOTO

Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və kollec rəhbərliyinin dəstəyi ilə 16 aprel 2014-cü il tarixində Ağdam Dövlət Sosial-İqtisadi Kollecində “Uğur Qazanmaq” adlı təlim keçirilmişdir. Təlimdə Ağdam rayon İcra Hakimiyyətinin nümayəndəsi, Gənc sahibkarlar və kollec rəhbərliyi iştirak edirdi. Təlim iştirakçıları üçün “Uğur Qazanmaq” adlı təlim kitabçası çap edilmiş və iştirakçılara paylanmışdır. İlk olaraq təlimdə kollecin Tələbə Gənclər Təşkilatının sədri Rövşən Quluzadə gələn qonaqları və təlim iştirakçıların salamlayaraq, təlim mövzusunun aktuallığını və gənclərin uğur qazanmağının rayon və ümumilikdə respubilkanın inkişafındakı rolundan bəhs etmişdir. Sonra rayon İcra Hakimiyyətinin nümayəndəsi Zahid Əkbərov bu cür maarifləndirici və motivasiya yönümlü təlimlərin gənclərin gələcək işlərində uğur qazanmağında ola biləcək rolundan bəhs etmiş həmçinin Ağdam rayonunda bu cür təlimlərin davamlı olaraq keçirildiyini müsbət hal kimi qeyd etmişdir. Daha sonra kollecin şöbə müdiri Afər Ələkbərova çıxış edərək, kollec rəhbərliyinin dəstəyi ilə Tələbə Gənclər Təşkilatının bu cür təlimlər təşkil etməsini uğurlu bir fəaliyyət olaraq qeyd etmişdir. Təlim əsas hissəsi kollecin Tələbə Gənclər Təşkilatının sədri Rövşən Quluzadənin təlimçiliyi ilə “Niyə insanların çoxu uğur qazana bilmir?” “Uğur qazanmaq üçün nə etməliyəm?” kimi ümumi suallara ərtaflı aydınlıq gətirilmiş həmçinin “motivasiya və uğur qazanmaq üçün taktikalar” başlığı altında diskusiya formatlı təlim keçmişdir.
Elgün Rəhimov - AzPRESS 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !