“İRƏLİ” Yaşıllar Klubunun “Learn one Do one” layihəsi davam edir FOTO
Bu xəbəri paylaş
“İRƏLİ” Yaşıllar Klubunun təşkilatçılığı ilə “Learn one Do one” adlı layihə həyata keçirilir.
Layihənin keçirilməsində məqsəd gənclər arasında geniş maarifləndirmə işi aparmaqla, onlarda ekoloji problemlərin həlli yolları barədə fikir formalaşdırmaqdan ibarətdir.
İki ay müddətində davam edəcək layihə çərçivəsində artıq bir sıra görüşlər keçirilib. “İRƏLİ” Gənclik Mərkəzində keçirilən görüşlər zamanı iştirakçılarla “Qlobal ekoloji böhran və onun həlli yolları”, "Alternativ enerji mənbələrindən istifadə etməklə təbiətin qorunması", “Ekoloji təbliğat və onun aparılması yolları”, “Sağlam nəqliyyat və yaşıl düşüncə” və “Ətraf mühitin qorunması və biz” kimi mövzular müzakirə olunub.
Qeyd edək ki, “Learn one Do one” layihəsi gənc ekoloqların bacarıqlarının qeyri-formal üsullarla artırılması və onların eko təlimçi kimi yetişdirilməsi məqsədilə həyata keçirilən layihədir.
Eyni zamanda layihə çərçivəsində davamı olaraq müxtəlif ekskursiyaların təşkili nəzərdə tutulub.