Azərbaycan Dillər Universitetində Sona Vəliyeva ilə görüş keçiriləcək -

Azərbaycan Dillər Universitetində Sona Vəliyeva ilə görüş keçiriləcək

Sizi, Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” Təhsil Mərkəzinin və “Kaspi” qəzetinin təsisçisi, şairə, filologiya elmləri namizədi Sona Vəliyeva ilə keçiriləcək görüşə dəvət edirik. Görüşdə şairənin qələm yoldaşları, ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edəcəklər.

Görüş 16 aprel 2014-cü il tarixində saat 12:00-da ADU-nun əsas binası, Akt zalında (III mərtəbə, R.Behbudov küç. 134) başlayacaqdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !