ADU-da qədim Çin tarixi haqqında seminar keçirildi - FOTO

ADU-da qədim Çin tarixi haqqında seminar keçirildi FOTO

Aprelin 15-də Azərbaycan Dillər Universitetinin (ADU) Çin dili və mədəniyyəti mərkəzində "Çin sivilizasiyasının yaranması və inkişafı” mövzusunda qədim Çin tarixinin aktual məsələlərinə həsr olunmuş elmi seminar keçirildi.
Tədbiri giriş sözü ilə açan Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov Çin tarixşünaslığının əsas xüsusiyyətləri haqqında danışaraq Çin dövlətinin formalaşması mərhələlərinin öyrənilməsində istifadə edilən qədim Çin salnamələrinin əhəmiyyətinə də toxundu.
Seminarda “Xuanxedən Evfrata qədər: Yaxın Şərqə Çin sivilizasiyası yolu (VII-X əsrlər)" adlı məruzəsi ilə çıxış edən AMEA-nın Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin rəhbəri Fərda Əsədov köçəri türklərin və Ərəb xilafətinin Çinlə münasibətlərini müəyyənləşdirən əsas amillər, Yaxın Şərq xalqlarının Çin haqqında məlumatlandırılmasında İpək Yolunun rolu, o cümlədən ərəblərin çinlilər və Çin mədəniyyəti barəsində bilikləri haqqında məlumat verdi.
Sonra qədim Şərq tarixinin problematik məsələləri üzrə geniş fikir mübadiləsi aparıldı.
Sonda ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanmış “İlham Əliyev – iki qədim xalqların dostluğunun müasir davamçısı” adlı kitabı qonaqlara hədiyyə edildi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !