İRƏLİ üzvü Makedoniyada beynəlxalq təlimdə iştirak edib -

“İRƏLİ” üzvü Makedoniyada beynəlxalq təlimdə iştirak edib

Makedoniyada Avropa Şurasının "Youth in Action" proqramı çərçivəsində “Active citizens for minority youth – Kiçik icmaların fəal vətəndaşları” mövzusunda beynəlxalq təlim təşkil olunub.
Beynəlxalq təlimdə Azərbaycanı “İRƏLİ” İctimai Birliyinin üzvü Vüsalə Məmmədova təmsil edib.
“İRƏLİ” üzvü Vüsalə Məmmədova Azərbaycanda aparılan uğurlu gənclər siyasətindən və “İRƏLİ”nin həyata keçirdiyi beynəlxalq layihələri haqda məlumat verib. Təlim çərçivəsində Azərbaycan gecəsi də təşkil olunub.
Təlimin keçirilməsində əsas məqsəd müxtəlif icma gənclərini bir araya toplamaq, mövzu ətrafında fikir mübadiləsi aparmaq, kiçik icma nüməyəndəsi olan gənclərin cəmiyyətə inteqrasiya etmək yolları barədə maarifləndirməkdən ibarət olub.
Qeyd edək ki, beynəlxalq təlimdə Azərbaycanla yanaşı, Türkiyə, İngiltərə, Niderland, İtaliya, Yunanıstan, Rusiya, Xorvatiya, Bosniya və Hersoqovina, Rumıniya, Estoniya və digər ölkələrin nümayəndələri iştirak ediblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !