ADU YAP ilk təşkilatının hesabat konfransı keçirildi - FOTO

ADU YAP ilk təşkilatının hesabat konfransı keçirildi FOTO

Aprelin 10-da Azərbaycan Dillər Universitetində ADU Yeni Azərbaycan Partiyasının ilk təşkilatının hesabat konfransı keçirildi. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş iclasda Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədr müavini Azər Süleymanov, ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev və universitetin professor-müəllim, tələbə heyəti iştirak edirdi.
İclasda çıxış edən universitetin Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev iclasın ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunduğunu bildirdi. O, ümummilli liderin gənclərlə bağlı siyasətindən, gənclərə göstərdiyi diqqət və qayğıdan söz açdı. Ümummilli liderin gənclərlə bağlı siyasətinin müasirləşən gənclik üçün bir töhvə olduğunu söylədi. Prorektor Ələddin Əliyev Dillər Universitetində 360 nəfər şəxsin YAP-a üzv olduğunu xatırlatdı. Ə. Əliyev iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırdı.
İclasın gündəliyinə “Ümummilli lider Heydər Əliyevin gənclər siyasəti”, “İlk təşkilatın idarə heyətinə yeni üzvlərin seçilməsi” və “Partiya üzvlüyünə qəbul” məsələləri daxil idi.
ADU YAP Gənclər Təşkilatının sədri Ziba Nəcəfova çıxışında gənclik dövrünün dövlətin var olması üçün böyük potensial olduğunu bildirdi. Azərbaycan gəncliyinin amalının vətəni layiqincə təmsil etmək, dövlətin adını hər zaman yüksək tutmaq, vahid hakimiyyət ətrafında birləşmək olduğunu söyləyən Z. Nəcəfova gənclərin bu istiqamətdə sosial şəbəkələrdə də aktiv olduğunu vurğuladı. O, harada yaşamağından və təhsil almağından asılı olmayaraq gəncliyin Azərbaycan keçmişinin qoruyucusu, gələcəyinin isə qurucusu olmasını unutmamalı olduğunu bildirdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !