ADU-da Mərakeş səfirinin kitablarının təqdimatı keçirildi - FOTO

ADU-da Mərakeş səfirinin kitablarının təqdimatı keçirildi FOTO

Martın 4-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Haminin müəllifi olduğu kitabların təqdimatı oldu.
Tədbirdə çıxış edən səfir ədəbiyyatın ölkələr arasında mədəniyyətin genişlənməsi və inkişafında böyük rol oynadığını dedi. Diplomat olaraq bir sıra ölkələrdə və müxtəlif beynəlxalq təşkilatlarda çalışmış Həsən Hami öz kitablarında müşahidə etdiyi həm müxtəlif həyat hekayələrini, həm siyasi məsələləri, o cümlədən beynəlxalq münasibətlərin qurulması haqqında fikirlərini yazdığı barəsində məlumat verdi. Səfir tolerant olmağın, xalqlar arasında ünsiyyət qurmağın əhəmiyyətini qeyd etdi və insanlarla ünsiyyət qurmaq üçün diplomat olmağın vacib olmadığını sözlərinə əlavə etdi. O, öz yazılarında dinin və mədəniyyətin siyasətə təsirinə toxunduğunu da vurğuladı.
Səfir Həsən Hami hər bir xalqın öz mədəniyyətini yüksək səviyyəyə qaldırması üçün çalışmalı olduğunu dedi. O, kitablarında akademik və bədii formada ölkələr arasında beynəlxalq münasibətlərin qurulması ilə bağlı yazdığı fikirlərini iştirakçıların diqqətinə çatdırdı. Səfir öz kitablarında, hətta münaqişədə olan ölkələr arasında belə bu münasibətlərin həll yollarının tapılması imkanlarından bəhs etdi. Daha sonra səfir Həsən Hami üç dildə- fransız, ingilis, ərəb dillərində yazdığı kitablarını təqdim edərək hər bir kitab haqqında, yazılma tarixi, sujet xətti və personajları haqda ayrı-ayrılıqda məlumat verdi. Azərbaycanda diplomatik xidməti dövründə yazdığı kitabı da tələbələrə nümayiş etdirən səfir əsərlərinin birində azərbaycanlı qadın surətini də yaratdığını bildirdi.
Tədbirdə səfir tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırdı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !