ADU-da Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi nə həsr olunmuş dəyirmi masa keçirildi - FOTO

ADU-da “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi”nə həsr olunmuş dəyirmi masa keçirildi FOTO

Aprelin 3-də Azərbaycan Dillər Universitetində “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi”nə həsr olunmuş dəyirmi masa keçirildi.
Dəyirmi masa Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 noyabr 2013-cü il tarixində imzaladığı Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncama uyğun olaraq baş tutdu.
Tədbir Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının Vətənpərvərlər Klubunun təşkilatçılığı ilə keçirildi.
Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva, həmin kafedranın dosenti Qorxmaz Mustafayev, baş müəllimi Qəribə Əlizadə və Pedaqoji fakültənin 404 (a), 404 (b), 405 qrup tələbələrinin iştirakı ilə keçirildi.
Tədbirdə çıxış edən universitetin Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev dəyirmi masanın Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncama əsasən keçirildiyini xatırlatdı. Universitetdə M. Ə. Rəsulzadəyə həsr olunmuş iki tədbirin keçirildiyini bildirən prorektor Ə. Əliyev birinci tədbirdə ictimai xadimin gənclik illərindən bəhs olunduğunu vurğuladı. Ə. Əliyev M. Ə. Rəsulzadənin siyasi fəaliyyətindən, o cümlədən İranda gördüyü işlərdən söz açdı. O, M. Ə. Rəsulzadə kimi xaidmlərin həyat tarixçəsini dəqiqliklə öyrənməyin vacibliyindən danışdı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !