ADU-da “İlyas Əfəndiyev yaradıcılığının bədii-estetik xüsusiyyətləri” mövzusunda seminar keçirildi FOTO
Bu xəbəri paylaş
Martın 31-də Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və Jurnalistika fakültəsinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Dilbər Zeynalovanın təşkilatçılığı ilə “İlyas Əfəndiyev yaradıcılığının bədii-estetik xüsusiyyətləri” mövzusunda seminar keçirildi. Seminarda Azərbaycan dili ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva və 345-347-ci qrupun tələbələri iştirak edirdilər. Seminarı giriş sözü ilə açan dosent Dilbər Zeynalova seminarın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” 16 yanvar 2014-cü il tarixli Sərəncamına əsasən keçirildiyini bildirdi. D. Zeynalova İlyas Əfəndiyev dramaturgiyasının bədii-stetik məziyyətlərini təhlil edərək onu Azərbaycan mədəniyyəti tarixinin “İlyas Əfəndiyev mərhələsi” kimi səciyyələndirdi. Dosent qeyd etdi ki, yazıçının bədii nailiyyətlərlə zəngin irsi ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə səmərəli təsir göstərib. D. Zeynalova Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası özünəməxsusyer tutduğunu diqqətə çatdırdı. .O, vurğuladı ki, ədib “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Hökmdar və qızı” və s. tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii tərənnümçüsünə çevrildi.
Seminarda İlyas Əfəndiyevin həyat və yaradıcılığından bəhs edən slayd nümayiş olundu.
Görkəmli dramaturqun yaratdığı obrazların bədii xüsusiyyətləri tələbələr tərəfindən müzakirə edildi, ədibin yaradıcılığı ilə bağlı geniş fikir mübadiləsi aparıldı.