Ağdamda ağır yol qəzası baş verib - FOTO

Ağdamda ağır yol qəzası baş verib FOTO

Bu gün gecə saatlarında Ağdam rayonunda ağır yol qəzası baş verib. Qəza rayonun Quzanlı-Əfətli yolunun Xındırstan kəndindən kəçən ərazisində baş verib.
Qəza iki minik maşının iştiraki ilə baş verib, 60BD918 dövlət nömrə nişanlı VAZ 21011 markalı aftomobil yola çıxarkən yolda hərəkətdə olan 10LR591 dölət nömrə nişanlı VAZ2106 marakalı minik maşının yoluna çıxaraq qəzaya səbəb olmuşdur. Onuda qeyd edək ki, VAZ2106 markalı avtomobilin surəti yüksək olduğundan çırpilma möhkəm baş vermib və hər iki avtomobil ciddi maddi ziyan dəyib.
Hər iki maşının sürücüləri və VAZ21011-də olan 2 sərnişin ciddi xəsarət alıblar. Xəsarət alanlar Ağdam rayon Təcili Tibbi Yardım stansiyasının həkim briqadası tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə xəstələrin vəziyyəti kafidir.
Faktla bağlı Ağdam rayon Polis Şöbəsində cinayyət işi açılıb araşdırma aparılır.
Onuda qeyd edək ki, qəza rayon ərazisində, gün ərzində baş verən 3 qəzadan sonuncusudur.

Elgün Rəhimov - AzPRESS 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !