ADU-da Novruz bayramına həsr olunmuş tədbir keçirildi - FOTO

ADU-da Novruz bayramına həsr olunmuş tədbir keçirildi FOTO

Martın 18-də Azərbaycan Dillər Universitetində Novruz bayramına həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, universitetin prorektorları, müəllim –tələbə heyəti iştirak edirdi.
Tədbirdə aparıcılar Novruz bayramı, adət-ənənələri haqqında iştirakçılara məlumat verdilər. Daha sonra ADU tələbələrinin ifasında “ADU xəbər” və “Toy” səhnəcikləri nümayiş olundu. Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov təbrik nitqi ilə çıxış etdi. O, Novruz bayramı münasibətilə universitet kollektivini təbrik etdi. Rektor , professor Səməd Seyidov ADU-nun hər zaman öz tələbələri ilə fəxr etdiyini dedi. O, bu gün Azərbaycan Dillər Universitetinin tələbələrinin Azərbaycanı layiqincə təmsil etdiklərini bildirdi və bayrağmızı daim uca tutduqlarını sözlərinə əlavə etdi. Rektor 1973-cü ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun yaradılması ilə bağlı imzaladığı sərəncamın çox müdrik bir addım olduğunu qeyd etdi. O, 2000-ci ildə Ümummilli liderin daha bir sərəncamı ilə universitet statusu alan universitetdə 6000 tələbənin təhsil aldığını, 20-dən çox dilin tədris olunduğunu, müxtəlif ölkələrin mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Rektor, professor Səməd Seyidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərin qabiliyyətlərinin üzə çıxmasında böyük rolu olduğunu dedi.
Daha sonra tədbirə bayramın atributları olan Kosa, Keçəl və Bahar qızının gəlişi iştirakçıların üzündə xüsusi təbəssüm oyatdı. Kosa və Keçəlin əhvalatları hamı tərəfindən maraqla qarşılandı.
Sonra ADU-nun həyətində bayram tonqalı yandırıldı. Tədbir konsert proqramı ilə davam etdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !