Yunanıstan Parlamentinin deputatı, AŞPA-nın (AŞPA) Yunanıstandan olan üzvü Marias Epameinondas ADU-da -

Yunanıstan Parlamentinin deputatı, AŞPA-nın (AŞPA) Yunanıstandan olan üzvü Marias Epameinondas ADU-da

Martın 18-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Yunanıstan Parlamentinin deputatı, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Yunanıstandan olan üzvü Marias Epameinondası qəbul etdi.
Qonağı salamlayan rektor Səməd Seyidov onu ADU-da görməkdən məmnun olduğunu dilə gətirdi. Universitet haqqında məlumat verən rektor, professor Səməd Seyidov ADU-nun ali təhsil müəssisələri içərisində xüsusi yeri olduğunu qeyd etdi. ADU-nun tarixindən danışan rektor universitetin beynəlxalq əlaqələrindən söz açdı. O, universitetin müxtəlif dillərin, o cümlədən beynəlxalq münasibətlərin öyrənilməsi sahəsində böyük ənənə və təcrübəyə malik olduğunu vurğuladı. O, Azərbaycan təhsil sistemində aparılan islahatlardan, dövlət proqramlarından söz açdı. Rektor Azərbaycanın Avropanın bir hissəsi olduğunu bildirdi. Professor Səməd Seyidov ADU-nun Avropa Birliyinin proqramlarında iştirakından və bu proqram çərçivəsində müxtəlif layihələri həyata keçirdiyini dedi. O, tələbə və müəllim mübadiləsinin universitetin beynəlxalq əlaqələrində xüsusi yer tutduğunu bildirdi. Azərbaycan Dillər Universitetində 6000 tələbənin təhsil aldğını bildirən rektor, professor Səməd Seyidov universitetdə 20-dən çox dilin tədris olunduğunu və rəhbərlik etdiyi ali təhsil ocağında hər bir ölkənin dil və mədəniyyət mərkəzinin mövcudluğunu sözlərinə əlavə etdi. O, universitetdə Qərbi Avropa dilləri ilə yanaşı, Şərq dillərinin də öyrənildiyini dedi. ADU-nun uğurlarından söz açan rektor tələbələrin bu dilləri dərindən mənimsədiklərini və gələcəkdə ADU məzunu olan bacarıqlı tələbələrin dövlət orqanlarında çalışdıqlarını da dedi. Rektor, professor Səməd Seyidov tələbələrlə görüşə razılıq verdiyi üçün qonağa təşəkkürünü bildirdi.
Yunanıstan Parlamentinin deputatı, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Yunanıstandan olan üzvü Marias Epameinondas səmimi qəbula görə təşəkkür etdi. O, bugünkü məruzənin tələbələrə maraqlı olacağına əminliyini ifadə etdi.
Görüşdən sonra qonaq ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər, Britaniyaşünaslıq, Amerikaşünaslıq, Skandinaviyaşünaslıq, Fransaşünaslıq, Almaniyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri və fakültə müəllimləri ilə görüşdü. Fakültə dekanı Anar Nağıyev Marias Epameinondası tələbələrə təqdim etdi. Cənab Marias Epameinondas “Yunanıstan və Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında sədrliyinin müqayisəli təhlili” mövzusunda məruzə ilə cıxış etdi. Tələbələr tərəfindən maraqla qarşılanan mühazirənin sonunda qonaq sualları cavablandırdı.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !