ADU-da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə bayram tədbiri keçirildi -

ADU-da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə bayram tədbiri keçirildi

Martın 7-də Azərbaycan Dillər Universitetində (ADU) 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə bayram tədbiri keçirildi. Tədbir Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə baş tutdu.
Tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ən gözəl, ən ağıllı xanımların məhz Azərbaycan Dillər Universitetində olduğunu bildirdi. “Dili, mövqeyi, əxlaqı gözəl olan xanımlarımız bizim üçün böyük bir əmanətdir” –deyən rektor Səməd Seyidov universitetin hər zaman ADU xanımları ilə fəxr etdiyini söylədi. Rektor Səməd Seyidov Dillər Universitetinin xanımlarının Azərbaycanın müxtəlif müəssisələrində ən öndə gedən mütəxəssis kimi fəaliyyət göstərdiklərini, dövlət səviyyəli tədbirlərin hər zaman fəal iştirakçıları olduqlarını dilə gətirdi. O, universitetin müəllimlərinin artıq repsublika səviyyəsində deyil, dünya səviyyəsində peşəkar mütəxəssislər olduqlarını sözlərinə əlavə etdi. Rektor, professor Səməd Seyidov universitetdə təhsil alan və çalışan xanımları bayram münasibətilə universitet kollektivi adından ürəkdən təbrik etdi, xoşbəxtlik arzuladı və qarşılarına çıxan problemlərin həllində uğurlar dilədi.
Tədbirin aparıcıları Pedaqoji fakültənin tələbələri Röya Məmmədova və Çoşqun Dadaşov hər il qeyd olunan 8 mart – Beynəlxalq Qadınlar gününün tarixi haqqında qısa məlumat verdilər.
Bayram tədbirində universitetin “Dalğa” Rəqs qrupu milli rəqs nümayiş etdirdilər. Tələbələrdən Çoşqun Dadaşov pianinoda, Sona Rzaquluzadə və Elnur Əliyev gitarada musiqi ifa etdilər. Əminə Talıbova Cəfər Cabbarlının “Ana”, Turanə Əlizadə isə öz yazdığı “Qadınlar” şeirini səsləndirdilər. Rasim Əhmədov isə ifa etdiyi mahnılarla xanımları təbrik etdi.
Tədbirdə universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev və Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov universitetin ictimai həyatında fəallıq göstərən müəllim və tələbələri 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə xoş arzularını bildirdi və onları sertifikatlarla təltif etdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !