ADU-da Gənclik dövrünün depressiyası mövzusunda tədbir keçirildi -

ADU-da “Gənclik dövrünün depressiyası” mövzusunda tədbir keçirildi

Fevralın 25-də Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə, Tibbi biliklərinm əsasları və Bədən tərbiyəsi kafedrasının təşəbbüsü, baş müəllim Nazim Məmmədovun təşkilatçılığı ilə “Gənclik dövrünün depressiyası” mövzusunda tədbir keçirildi. Tədbirdə Mülki müdafiə, Tibbi biliklərinm əsasları və Bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru Fuad İsmayılov, Pedaqoji və Filologiya və Jurnalistika fakültələrinin tələbələri iştirak edirdi.
Tədbir Xocalı faciəsi qurbanlarının xatirəsinin1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Mülki müdafiə, Tibbi biliklərinm əsasları və Bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova çıxış edərək rəhbərlik etdiyi kafedranın mütəmadi maarifləndirici tədbirlər həyata keçirdiyini dedi.
Sonra Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru Fuad İsmayılov “Depressiya” adlı təqdimatla çıxış etdi. F. İsmayılov bildirdi ki, depressiya ətrafımızda meydana gələn hadisələrə bir reaksiya olaraq ortaya çıxar. Professor qeyd etdi ki, genetik və ya biokimyasal səbəblər, ətraf şərtlər və psixososial çətinliklər, məcbur qalmalar depressiyanın başlamasında faktor ola bilər. F. İsmayılov vurğuladı ki, XXI əsrdə depressiya daha da gəncləşib. O, söylədi ki, depressiya daha çox 15-34 yaş aralarında müşahidə olunur. Bu haqda geniş məlumat verən F. İsmayılov əhvali-ruhiyyənin, marağın və zövq alma hissinin itirilməsi, fəallığın azalması və tez yorulma kimi halların depressiyanın əsas simptomlarından olduğunu diqqətə çatdırdı.
O, depressiyadan psixoterapiya, dərman müalicəsi və elektrokonvulsiv müalicə üsulları ilə qurtulmağın mümkün olduğunu vurğuladı.
Tədbirdə son zamanlar cəmiyyətimizdə depressiya və intihar hallarının artması təəssüf doğuran hal kimi vurğulandı. Bu kimi halların aradan qaldırılması istiqamətində maarifləndirici tədbirlərin artırılmasının vacibliyi qeyd olundu.
Çətinliyə düşən zaman intihara yol atmağın çıxış yolu olmadığı gənclərə tövsiyyə olundu.

Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !