Mərakeş Krallığının Azərbaycandakı səfiri ADU-da -

Mərakeş Krallığının Azərbaycandakı səfiri ADU-da

Fevralın 7-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hamini qəbul etdi.
Qonağı salamlayan rektor, Milli Məclisin deputatı, professor Səməd Seyidov onu yenidən ADU-da görməkdən məmnun olduğunu dilə gətirdi. Rektor ötən ilin dekabr ayında universitetdə keçirilən “ 18 dekabr - Beynəlxalq Ərəb dili” günü ilə bağlı tədbiri xatırlatdı. O, bu tədbirin universitetdə yüksək səıviyyədə təşkil olunduğunu, bu tipli tədbirlərin, elm, təhsil sahəsindəki əməkdaşlığın ərəbdilli ölkələrlə əlaqələrin inkişafına təkan verdiyini dedi. Rektor, professor Səməd Seyidov universitetdə Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Ərəbşünaslıq ixtisasında ərəb dilinin tədris olunduğunu bildirdi.
Səmimi qəbula görə təşəkkür edən Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami ölkələrimiz arasındakı qarşılıqlı əlaqələrdən danışdı. Səfir universitet tələbələrinin ərəb dilinə marağını təqdirəlayiq hesab etdiyini vurğuladı.
Görüşdə, eyni zamanda, gələcək əməkdaşlıq perspektivləri, universitetlərarası əlaqələrin inkişaf etdirilməsi, tələbə-müəllim mübadiləsi haqqında fikir mübadiləsi aparıldı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !