Lənkəran şəhərində - kompot istehsalı ilə məşğul olan sexdə standartların tələblərinin pozulduğu aşkar edilmişdir

Lənkəran şəhərində kompot istehsalı ilə məşğul olan sexdə standartların tələblərinin pozulduğu aşkar edilmişdir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Lənkəran şəhəri, Əliağa Vahid küçəsində yerləşən fiziki şəxs Məmiyev Eminə məxsus kompot istehsalı ilə məşğul olan sexdə dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.
Araşdırmalar zamanı müəyyən edilmişdir ki, müəssisədə kompot istehsalı zamanı texnoloji təlimatdan istifadə olunmur. Bundan başqa müəssisənin məhsul nümunələrinin sınaqlarının aparılması üçün laboratoriyası və ya akkreditasiya olunmuş hər hansı laboratoriya ilə müqaviləsinin olmadığı, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçirilmədiyi, məhsulun markalanmasının düzgün aparılmadığı aşkar edilmişdir. Həmçinin qablaşdırmada istifadə olunan şüşə qabların və qapaqların sertifikatları yoxlamaya təqdim edilməmişdir.
Aşkar edilmiş bu və digər nöqsanlarla bağlı müəssisə rəhbərinə iradnamə və məhsulun satışının qadağan edilməsi barədə tələbnamə təqdim edilmiş, İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri üzrə protokol tərtib edilmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !