Lənkəran rayonunun daha 3 kəndinə təbii qaz verilmişdir -

Lənkəran rayonunun daha 3 kəndinə təbii qaz verilmişdir

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq yanvarın 28-də Lənkəran rayonunun Sütəmurdov, Siyavar və Lüvəsər kəndlərinə təbii qaz verilmişdir.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə “Azəriqaz” İstehsalat Birliyinin və rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Bildirilmişdir ki, dövlət başçısının tapşırığına əsasən cari ilin sonuna qədər Azərbaycanın bütün regionları təbii qazla təmin ediləcəkdir.
Qeyd olunmuşdur ki, ümumilikdə 1567 abonenti olan Sütəmurdov, Siyavar və Lüvəsər kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 19 min 979 metr uzunluğunda polietilen və 37 min 779 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abunəçilərin evlərində 1567 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !