20 Yanvar faciəsinin 24-cü ildönümü Bərdədə geniş qeyd edilmişdir -

20 Yanvar faciəsinin 24-cü ildönümü Bərdədə geniş qeyd edilmişdir

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Bərdə rayonunda da müxtəlif tədbirlər keçirilmişdir. Faciənin ildönümü ərəfəsində bütün idarə və təşkilatlarda, Heydər Əliyev muzeyində, təhsil və mədəniyyət müəssisələrində konfranslar, yığıncaqlar təşkil edilmişdir.
Yanvarın 20-də şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirilmişdir. Mərasimdə çıxış edənlər 1990-cı il yanvar ayının 20-də Bakıda sovet hərbçiləri tərəfindən törədilmi faciənin dəhşətlərindən danışmış, qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandırmışlar.
Tədbirdə məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Şəhidlərin ruhuna dualar oxunmuş, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Saat 12.00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, avtomobillərdən səs siqnalları verilmişdir.
Fotolar. Arif Əhmədovundur.
Xüsusi müxbir. Mais Amin (AzPRESS.az) Bərdə. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !