20 Yanvar faciəsinin 24-cü il dönümü Sumqayıtda qeyd edildi. -

20 Yanvar faciəsinin 24-cü il dönümü Sumqayıtda qeyd edildi.

Sumqayıt şəhərində 20 yanvar hadisələrinin 24-cü il dönümünə həsr edilmiş matəm tədbiri keçirildi.
Ümumxalq Hüzn Günündə şəhidləri anma mərasimində Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, bələdiyyənin, hüquq mühafizə orqanlarının, sənaye müəssisələrinin, idarə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.Elə həmin gün mərasim iştirakçıları şəhərdəki Şəhidlər xiyabanını ziyarət etmişlər.
Azərbaycanın Dövlət himni səslənmişdir.
“Səkkizguşəli ulduz” obeliskinin qarşısındakı Əbədi məşəlin yanına əklil qoyulmuşdur. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəsur Vətən övladlarının məzarlarını al qərənfillər bəzəmişdir. Sumqayıtlılar itkin düşmüş şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısına da çiçəklər qoymuşlar.
Sumqayıt Cümə məscidinin axundu şəhidlərin ruhuna dua oxumuşdur.

Xaqani Əzizov-Azpress
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !