Maliyyə Nazirliyinin mərkəzi aparatında və yerli orqanlarında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimləri keçirilmişdir -

Maliyyə Nazirliyinin mərkəzi aparatında və yerli orqanlarında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimləri keçirilmişdir

“20 Yanvar faciəsinin 24-cü ildönümünün Azərbaycan Respublikası Maliyyə Nazirliyi sistemində qeyd olunması ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq faciənin ildönümü ilə əlaqədar Maliyyə Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edərək, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üstünə çiçəklər düzmüşlər. Nazirlikdə və onun strukturuna daxil olan, tabeliyindəki qurumlarında və yerli maliyyə orqanlarında keçirilmiş anma mərasimlərində xalqımızın müstəqillik yolunda keçdiyi tarixə bir daha nəzər salınmış, bu qəhrəmanlıq salnaməsinin hər bir azərbaycanlının qəlbində əbədi həkk olunacağı, şəhidlərimizin xatirəsinin ürəklərdə daim yaşayacağı bildirilmiş, 20 Yanvar faciəsini törədən cinayətkarların gec-tez layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunmuşdur.
1993-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən 20 Yanvar hadisələrinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması, bu faciənin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılmış, ona dövlət səviyyəsində hərtərəfli və obyektiv hüquqi-siyasi qiymət verilmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə mühüm qərarlar qəbul edilir, hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir.
Tədbirlər Planına uyğun olaraq faciəsinin ildönümü ilə əlaqədar Maliyyə Nazirliyinin aparatında və yerli maliyyə orqanlarında müxtəlif tədbirlər keçirilmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !