20 Yanvar faciəsinin 24-cü il dönümü Ağdamda da qeyd edildi -

20 Yanvar faciəsinin 24-cü il dönümü Ağdamda da qeyd edildi

Bu gün Ağdam rayonunda 20 yanvar hadisələrinin 24-cü il dönümünə həsr edilmiş matəm tədbiri keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, Rayon İctimayyətinin nümayəndələri, Qarabağ Müharibəsi əliləri, Müharibə veteranları və Rayon əhalisi iştirak edirdi. Tədbirdə çıxış edən, Ağdam qəzetinin redoktoru, rayon ziyalısı Baxşeyiş Abbasoğlu faciyə gecəsindən geniş söhbət acaraq faciyəni törədənlərin bu əməlini pislədi.
Sonra isə faciyə qurbanlarının əziz ruhlarına dualar oxundu, Şəhidlər Abidə Kompleksinin üzərinə gül-çiçək dəstələri düzüldü. Dövlət bayrağı yariya endirilərək rayonda bütün hərəkət dayandi və Şəhidlərimizin Əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Faciənin ildönümüylə bağlı rayonun bir necə kənd və qəsəbələrində Rayon rəhbərliyi tərəfindən ehsan süfrələri açıldi. Qocalara, əlillərə, aztminatlı və şəhid ailələrinə ehsanlar verildi.

Elgun Rəhimov AZpress.AZ

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !