20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında artıq hazırlıq işləri yekunlaşıb. -

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında artıq hazırlıq işləri yekunlaşıb.

 AZpress.Az Xəbər verir ki, xiyabanın girişində ağ və qırmızı qərənfillərdən ibarət kompozisiya da artıq hazırdır. Gül kompozisiyaları həm Şəhidlər xiyabanının girişində, həm də xiyaban boyunca bir neçə yerdə quraşdırılıb. Xiyabanın girişində qərənfillərdən ibarət "20 Yanvar" sözləri də yazılıb. Artıq bu gündən Şəhidlər xiyabanında insan axını müşahidə olunur. Sabahki günün izdihamlı olacağının nəzərə alan valideynlər öz ailəsi və övladları ilə bura üz tutublar.
Gələnlər isə baş daşlarına al qərənfillər düzür, şəhidlərin ruhuna dualar oxuyur, 20 Yanvar qurbanlarının yaxınları isə başdaşı şəkli üzərində hönkür-hönkür ağlayırlar.
Şəhidlərin ruhunu yad etmək üçün həm bölgələrdən, həm də xarici ölkələrdən azərbaycanlılar gəliblər.
20 Yanvar günü Şəhidlər xiyabanına ziyarətə gələnlərin sayının çoxluğu nəzərə alınaraq paytaxtın bir neçə küçə və prospektlərində nəqliyyatın hərəkətində məhdudiyyətlər da qoyulacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, sabah saat 08:00-dan mərasim başa çatanadək Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Fotomüxbir: Alisatov Elxan (AZpress.Az)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !