Alfa Ekstrim–Bakuriyani Düşərgəsi keçiriləcək -

“Alfa Ekstrim–Bakuriyani” Düşərgəsi keçiriləcək

“İRƏLİ” İdman Mərkəzi və “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 10-15 fevral tarixlərində Gürcüstanın Bakuriyani şəhərində gənclər üçün “Alfa Ekstrim–Bakuriyani” Düşərgəsi keçiriləcək.
Layihə18-29 yaş arası şəxslərin iştirakı üçün nəzərdə tutulub.
Düşərgə müddətində iştirakçılara “Qan donorluğu”, “Sağlam həyat tərzi”, “Ekstrimal şəraitdə yaşama üsulları” və digər mövzularda təlimlər keçiriləcək. Düşərgədə Gürcüstanda yaşayan azərbaycanlı gənclər də iştirak edəcək.
Layihədə iştirak etmək istəyən şəxslər 05.02.2014-cü il tarixinədək “İRƏLİ” İctimai Birliyinin rəsmi saytında yerləşdirilən elektron ərizə formasını dolduraraq müraciət edə bilərlər.
Qeyd edək ki, bu vaxta qədər “Alfa Ekstrim” Düşərgəsi Şamaxı, İsmayıllı, Cəlilabad, Svanetti, İstanbul şəhərində keçirilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !