Sudan səfirliyinin səlahiyyətli nümayəndəsi ADU-da -

Sudan səfirliyinin səlahiyyətli nümayəndəsi ADU-da

Yanvarın 14-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Sudan səfirliyinin səlahiyyətli nümayəndəsi Muhamməd Elballa Osmanı qəbul etdi.
Qonağı salamlayan rektor professor Səməd Seyidov onu ADU-da görməkdən məmnun olduğunu dilə gətirdi. Universitet haqqında danışan rektor, professor Səməd Seyidov ADU-da Qərb və Şərq dillərinin geniş tədris olunduğunu bildirdi. ADU-da Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində Ərəbşünaslıq ixtisasında ərəb dilinin tədris olunduğunu nəzərə çatdırdı.
Səmimi qəbula görə təşəkkür edən Sudan səfirliyinin səlahiyyətli nümayəndəsi - müstəşar elçi Muhammed Elballa Osman ADU-da ərəb dilinin tədrisindən razı qaldığını qeyd etdi.
Görüşdə təhsil sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !