Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəranda valideyn himayəsindən məhrum olan uşaqlar üçün Yeni il şənliyi təşkil edilmişdir -

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəranda valideyn himayəsindən məhrum olan uşaqlar üçün Yeni il şənliyi təşkil edilmişdir

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəran şəhərindəki Osman Mirzəyev adına qarışıqtipli uşaq evində Yeni il şənliyi keçirilmişdir.
AzərTAc xəbər verir ki, bayram süfrəsi ətrafında davam edən mərasimdə iştirak edənlər, Şaxta baba, Qar qız, klounlar və musiqiçilər Yeni il uşaqlarla sevinc dolu anlar yaşatmışlar.
Mərasimdə çıxış edən uşaq evinin direktoru Ofelya Qənbərova valideyn himayəsindən məhrum olan uşaqları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmiş, Heydər Əliyev Fondu adından onlara hədiyyələr təqdim etmişdir. 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !