ADU-da Beynəlxalq ərəb dili günü nə həsr olunmuş tədbir keçirildi -

ADU-da “Beynəlxalq ərəb dili günü”nə həsr olunmuş tədbir keçirildi

Dekabrın 28-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Ərəb ölkələrinin Azərbaycandakı səfirlərini qəbul etdi. Qonaqları salamlayan rektor onları universitetdə görməkdən məmnun olduğunu dilə gətirdi. Universitetin tarixi haqqında məlumat verən rektor, professor Səməd Seyidov burada bir çox dillərin tədris olunduğunu bildirdi. O, Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində layihədə ADU-nun koordinator olduğunu qonaqların diqqətinə çatdırdı. Universitetdəki mədəniyyət mərkəzləri haqqında danışan rektor ADU-da tədris olunan dillərin müvafiq mərkəzlərinin də fəaliyyət göstərdiyini vurğuladı.
Daha sonra o, ərəb dünyası, ərəb alimlərinin elmə verdiyi böyük töhfələrdən danışdı. Rektor, professor Səməd Seyidov Azərbaycan Universitetləri içərisində ilk dəfə belə bir tədbirin məhz ADU-da keçirildiyini dedi. O, Azərbaycanın islam dünyasının ayrılmaz tərkib hissəsi olduğunu qeyd etdi.
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərəm A.Rəhim bütün səfirlər adından səmimi qəbula görə təşəkkür etdi. O, bu atılan addımı təqdirəlayiq hesab etdiklərini bildirdi. Səfir Nasir Əbdül Kərəm A.Rəhim Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olduğunu bildirdi və Azərbaycan mədəniyyətinin Ərəb mədəniyyəti ilə çox oxşar cəhətlərinin olduğunu nəzərə çatdırdı. O, ərəb dili və mədəniyyətinin Avropa ölkələrinin inkişafında böyük rola malik olduğunu sözlərinə əlavə etdi. Səfir bu atılan addımın universitet ilə səfirliklərin gələcək əməkdaşlığında körpü rolunu oynayacağını bildirdi. O, Azərbaycanın İslam dünyasında ön sıralarında olduğunu və Azərbaycanda bütün sahələrdə güclü inkişaf getdiyini vurğuladı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !