ADU-da Beynəlxalq ərəb dili günü nə həsr olunmuş tədbir keçiriləcək -

ADU-da “Beynəlxalq ərəb dili günü”nə həsr olunmuş tədbir keçiriləcək

Dekabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) “Beynəlxalq ərəb dili günü”nə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, ərəb ölkələrinin Azərbaycanda akkreditə olunmuş 11 fövqəladə və səlahiyyətli səfiri iştirak edəcək.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin və “Əl Vətən Əl Ərəbiyyə” ərəb milli himninin səslənməsi ilə başlayacaq.
ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov təbrik nitqi ilə çıxış edəcək. Tədbirdə ərəb dünyası haqqında videoçarx, ərəb dili haqqında məlumatları özündə əks etdirən slayd nümayiş olunacaq. Tədbirdə ərəb dili haqqında şeir, ərəb dilində mahnılar da ifa oluncaq. Tədbir iştirakçıları İraq və Fələstin rəqs qruplarının çıxışlarını da izləyə biləcəklər.
“Beynəlxalq ərəb dili günü”nə həsr olunmuş tədbirdə izləyicilər ərəb tələbələrinin ifasında mahnı da dinləyəcəklər. Tədbirdə həmçinin “Naz eyləmə”, “Yallı” Azərbaycan rəqsləri də nümayiş olunacaq.
Bayram tədbirinin ədəbi-bədii hissəsi Maykl Ceksonun “Allah” mahnısının ərəb və ingilis dillərində ifa olunması ilə yekunlaşacaq.
Sonra tədbir iştirakçıları Azərbaycanda fəaliyyət göstərən ərəb ölkələri səfirliklərinin ADU-da təşkil etdikləri ərəb ölkələri sərgisinə baxış keçirəcəklər.
Sonda qonaqlar ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti ilə tanış olacaqlar.
Xatırladaq ki, ADU-da 20-ə yaxın dil mərkəzi var.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !