ADU-nun rektoru Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul etdi -

ADU-nun rektoru Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul etdi

Dekabrın 18-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hamini qəbul etdi.
Rektor Səməd Seyidov qonağı salamlayaraq onu görməkdən məmnun olduğunu bildirdi. Qonağa rəhbərlik etdiyi Universitet haqqında məlumat verən rektor professor Səməd Seyidov Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsində ərəb dilinin tədris olunduğunu bildirdi. Rektor, professor Səməd Seyidov tələbələrin digər dillərlə yanaşı, ərəb dilinə də böyük maraq göstərdiklərini qonağın diqqətinə çatdırdı. Rektor Azərbaycanla Mərakeş arasında ikitərəfli əlaqələrin mövcud olduğunu dedi. O, bu əlaqələrin Parlamentlərarası Dostluq qrupu çərçivəsində də inkişaf etdiyini diqqətə çatdırdı və bununla yanaşı, ikitərəfli əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini vurğuladı.

Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami -Mərakeş-Azərbaycan əlaqələrindən söz açdı və qarşılıqlı əlaqələrin inkişafından danışdı. Səfir ADU-da ərəb dilinin tədrisini yüksək qiymətləndirdi və birgə layihələrin keçirilməsinin vacib olduğunu sözlərinə əlavə etdi.

Görüşdə, eyni zamanda, gələcək əməkdaşlıq perspektivləri, universitetlərarası əlaqələrin inkişaf etdirilməsi, dəyirmi masaların təşkil olunması, tələbə-müəllim mübadiləsi haqqında fikir mübadiləsi aparıldı.

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !