“Yeni il” rəsm və tətbiqi sənət sərgisi keçirilmişdir
Bu xəbəri paylaş
Dekabrın 17-də Şəmkir şəhərində fəaliyyət göstərən “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin müasir incəsənət qalereyasında bu qurumun rəsm və dekorativ tətbiqi sənət dərnəyinin üzvlərinin “Yeni il” sərgisi keçirilmişdir.
Mərkəzdən AzərTAc-a bildirmişlər ki, sərgidə əl işləri, kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər, dekorativ tətbiqi sənət üsulu ilə hazırlanmış kuklalar, papye-maşe üslubunda dekorativ Şaxta baba, Yeni il yolkaları və bəzəkləri nümayiş olunmuşdur.
Sonda iştirakçılar sərgi haqqında təəssüratlarını, arzularını, təklif və rəylərini onlara paylanmış blanklara yazmışlar.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !