Lənkəran və Masallı şəhərlərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılmışdır -

Lənkəran və Masallı şəhərlərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılmışdır

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Lənkəran və Masallı şəhərlərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılmışdır.
Lənkəran şəhəri, S.Vurğun küçəsində yerləşən 1 saylı və Z.Əliyeva küçəsi 24 ünvanında yerləşən 2 saylı körpələr evi-uşaq bağçasında aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, müəssisələrdə məhsulların saxlanması üçün şərait mövcud deyil, müəssisələrin anbarları istifadəyə tamamilə yararsızdır. Müəssisələrin tibb içşiləri tərəfindən yeməklərin kalorilik, zülal, yağ və karbohidratların miqdarını hesablamalı olduğu halda buna əməl olunmur, həmçinin bişirilən yeməklərdən nümunə götürülmədən uşaqlara verilir, 1 saylı körpələr evi-uşaq bağçasının tibb işçisi ümumiyyətlə yoxdur. Bütün sadalanan faktlar AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın 1.4.26, 1.4.28, 1.4.29 bəndlərinin tələblərinə ziddir. 1 saylı körpələr evi-uşaq bağçasında istifadə olunan xammalların təhlükəsizliyi və keyfiyyəti ilə bağlı müvafiq sertifikat və digər sənədlər yoxlamaya təqdim olunmamışdır.
Masallı şəhəri, S.Məmmədov küçəsində yerləşən 1 saylı və Füzuli küçəsində yerləşən 2 saylı uşaq bağçasında aparılan dövlət nəzarəti tədbirləri zamanı müəssisə rəhbərləri AZS 747-2013 dövlət standartı ilə tanış olduqlarını bildirsələr də, yoxalama zamanı mövcud sənədin tələblərinin həyata keçirilmədiyi aşkar olunmuşdur. Araşdırmalar zamanı müəssisələrin anbarlarının köhnə, təmirsiz olduğu, anbarlarda və soyuducularda məhsulların mal qonşuluğuna əməl olunmadığı müşahidə edilmişdir. Bundan başqa hər bir müəssisədə 10 günlük və ya 2 həftəlik menyu tərtib olunmalı halda, bu müəssisələrdə gündəlik menyu tərtib olunur, həmçinin tibb işçiləri xüsusi jurnalda yeməyin keyfiyyəti, yeməklərin hazırlanma səviyyəsi haqqında müvafiq qeydlər aparmır və müayinə üçün nümunə götürmür. Soyuducularda səhər yeməyindən artıq qalmış qızdırılmış süd temperatur şəraitinə əməl olunmadan açıq şəkildə saxlanılır, südün yağlılıq dərəcəsi 2,5, 3,2% olmalı olduğu halda, bu bağçalarda verilən südün yağlılıq dərəcəsi 0,5% təşkil edir. Bundan başqa istifadə olunan xammalların təhlükəsizliyi və keyfiyyəti ilə bağlı müvafiq sertifikat və digər sənədlər yoxlamaya təqdim olunmamışdır.
Aşkar olunmuş nöqsanlarla bağlı akt tərtib olunmuş, nöqsanların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə vaxt verilmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !