ADU-da respublika elmi-praktik konfransa yekun vuruldu -

ADU-da respublika elmi-praktik konfransa yekun vuruldu

Azərbaycan Dillər Universitetində (ADU) keçirilən “Tətbiqi dilçiliyin müasir problemləri” adlı ikigünlük Respublika elmi-praktiki konfransına yekun vuruldu.

Konfransın bağlanış mərasimində çıxış edən universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov ikigünlük konfransda tətbiqi dilçiliyin problemləri ilə bağlı bölmələrdə qızğın və maraqlı diskussiyaların getdiyini söylədi. Əvvəlki konfranslarla müqayisədə budəfəki konfransda keyfiyyətin yüksəldiyini qeyd edən D.Yunusov müzakirələrdə ali məktəblərlə yanaşı, orta məktəb nümayəndələrinin də fəal iştirak etdiyini dedi.
Konfrans müddətində gənc müəllimlərə, elm adamlarına tribuna yaradıldığını deyən D. Yunusov bu sahədə aparılan işləri yüksək qiymətləndirdi.

Sonra konfransın bölmə rəhbərləri – professorlar Gülnar Hüseynzadə, Bilal İsmayılov, Ələkbər Qubatov, dosent Ceyhun Alıyev çıxış edərək konfransın uğurlu təşkilinə görə universitet rəhbərliyinə təşəkkür etdilər və bir sıra təkliflər irəli sürdülər.

Sonda konfransın yekun sənədi qəbul edilib.

Xatırladaq ki, konfransda 110 məruzə dinlənilib.

 

 

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !