MİNGƏÇEVİRDƏ İNSAN HÜQUQLARININ TƏDRİSİ ÜZRƏ TƏLİM KEÇİRİLDİ -

MİNGƏÇEVİRDƏ İNSAN HÜQUQLARININ TƏDRİSİ ÜZRƏ TƏLİM KEÇİRİLDİ

28-30 noyabr 2013-cü ildə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin təşkilatçılığı ilə “Orta Məktəblərdə İnsan Hüquqlarının Tədrisi” layihəsi çərçivəsində insan hüquqlarının tədrisi üzrə təlimçilər üçün növbəti təlim təşkil edilmişdir. Təlimi giriş sözü ilə açan layihənin koordinatoru Murad Yəhyayev layihə haqqında, təlimçi İsmayıl Kərimov isə təlimin mahiyyəti haqqında iştirakçılara məlumat verdir Təlimdə insan hüquqları üzrə təlimçi olmaq istəyən gənc müəllimlərə 3 günlük təlim keçirilmişdir. Təlimdə insan hüquqları anlayışı, insan hüquqlarının məhdudlaşdırılması, hüquq münasibətlərində konfliktlərin pozitiv həlli, diskriminasiya, streotip, rasizm anlayışları, uşaq hüquqları, gender bərabərliyi, insan hüquqlarının tədrisində təlimçilik bacarıqları mövzularında iştirakçılara interaktiv təlim metodu ilə biliklər aşılandı. Təlimin sonunda iştirakçılarla birgə orta məktəblərdə insan hüquqlarının tədrisi ilə bağlı strategiya- hədəf qrupun seçilməsi, insan hüquqlarının tədrisində məqsəd və vəzifələr, insan hüquqlarının tədrisində prioritet mövzular, təlim metodolgiyaları və alətlərin istifadəsi ilə bağlı müzakirələr aparıldı. Təlimdə iştirakçılar insan hüquqlarının tədrisində gənclərə insan hüquqlarının bir mədəniyyət kimi aşılanmasını, gənclərin müxtəlifliliyi qiymətləndirməsini və onların fəal vətəndaş kimi yetişdirilməsinin əhəmiyyətli olduğunu vurğuladılar. 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !