Lənkəranda ikinci Dəmirağacı sənətkarlıq sərgisi keçirilmişdir -

Lənkəranda ikinci “Dəmirağacı” sənətkarlıq sərgisi keçirilmişdir

Noyabrın 27-də Lənkəran Şəhər Mədəniyyət Mərkəzində ikinci “Dəmirağacı” sənətkarlıq sərgisi keçirilmişdir.
AzərTAc xəbər verir ki, “Üfüq Academy” Məhdud Məsuliyyətli Cəmiyyətin təşkilati və maliyyə dəstəyi ilə keçirilən tədbirin məqsədi qeyri-maddi mədəni irsi qoruyub saxlamaq və onu daha da inkişaf etdirmək, xalq sənətkarlığı nümunələrinə marağı artırmaq, şifahi xalq yaradıcılığının nümunələrini gənc nəslə tanıtmaqdır.
Sərgidə 50-dən çox klub müəssisəsinin sənətkarlıq nümunələri nümayiş etdirilmişdir.
Münsiflər heyətinin qərarı ilə 5 nəfər sərginin “Ustad sənətkar” adlı birinci diplomuna, 10 klub müəssisəsinin təmsilçiləri isə sərginin laureatı diplomuna layiq görülmüşlər. 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !