Almaniyanın Frayburq Universitetinin professoru ADU-da -

Almaniyanın Frayburq Universitetinin professoru ADU-da

Noyabrın 25-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Almaniyanın Frayburq Universitetinin professoru Hans-Verner Hunekeni qəbul etdi.
Qonağı salamlayan rektor professor Səməd Seyidov onu ADU-da görməkdən məmnun olduğunu dilə gətirdi. Universitet haqqında danışan rektor, professor Səməd Seyidov ADU-nun beynəlxalq əlaqələrindən söz açdı. O, ADU-nun Almaniya universitetləri ilə əlaqələrinə də toxundu. Rektor Səməd Seyidov Frayburq Universiteti ilə ADU arasındakı əməkdaşlığın verdiyi səmərəli nəticələrindən bəhs etdi. Alman dilinin ADU-da tədrisinin uzun illərdir aparıldığını diqqətə çatdıran rektor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin, o cümlədən Almaniyanın Leypsiq Universiteti ilə də əməkdaşlıq etdiyini vurğuladı.
Səmimi qəbula görə təşəkkür edən Almaniyanın Frayburq Universitetinin professoru Hans-Verner Huneke universitetlərarası münasibətlərdən, təhsil sahəsindəki əməkdaşlıqdan danışdı. O, təhsil sahəsindəki əməkdaşlığın hər zaman vacib olduğunu sözlərinə əlavə etdi.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, universitetlərarası əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !