Böyük Britaniyanın Azərbaycandakı səfiri ADU-da mühazirə oxudu -

Böyük Britaniyanın Azərbaycandakı səfiri ADU-da mühazirə oxudu

Noyabrın 19-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqı qəbul etdi.
Qonağı salamlayan rektor onu ADU-da görməkdən məmnun olduğunu dilə gətirdi. Universitet haqqında danışan rektor, professor Səməd Seyidov ADU-nun beynəlxalq əlaqələrindən söz açdı. O, ADU-nun Böyük Britaniya universitetləri ilə əlaqələrinə də toxundu. Rektor Səməd Seyidov Böyük Britaniyanın Esseks və Qlazqo universitetləri ilə əməkdaşlıqdan söz açdı. O, Esseks Universiteti ilə ADU arasında ikili diplomların tətbiqindən, İpsviç univeristeti ilə münasibətlərin yüksək səviyyədə qurulmasından danışdı. ADU-nun “Təlimdə İnnovasiyalar və əlavə təhsil” kafedrasının British Council-la əlaqələrindən də söz açdı,
Səmimi qəbula görə təşəkkür edən Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq Azərbaycan və Böyük Britaniya əlaqələrindən, universitetlərarası münasibətlərdən, təhsil sahəsindəki əməkdaşlıqdan danışdı. O, təhsil sahəsindəki əməkdaşlığın hər zaman vacib olduğunu sözlərinə əlavə etdi. İ.Siddiq səfirliyin səmərəli əməkdaşlıq üçün müxtəlif təhsil layihələrini həyata keçirdiyini dedi.
Görüşdən sonra səfir İrfan Siddiq ADU-nun tələbələri ilə görüşdü. O, tələbələr qarşısında Avropa İttifaqının ““Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Avropa Birliyi və Avropa Birliyinin Şərq ölkələri ilə əlaqələri” mövzusunda məruzəylə çıxış etdi. Sonda səfir tələbələrin suallarını cavablandırdı.

 

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !