ADU-da Ali məktəblərdə Çin dilinin müasir tədrisinin metodikaları mövzusunda elmi-metodiki seminar keçirildi -

ADU-da “Ali məktəblərdə Çin dilinin müasir tədrisinin metodikaları” mövzusunda elmi-metodiki seminar keçirildi

Noyabrın 19-da Azərbaycan Dillər Universitetində Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə “Ali məktəblərdə Çin dilinin müasir tədrisinin metodikaları” mövzusunda elmi-metodiki seminar keçirildi. Seminarda ADU-nun rektoru, Milli Məclisinin deputatı, professor Səməd Seyidov, ÇXR-ın Azərbaycandakı səfirliyinin müşaviri Li Yonghui iştirak edirdi. Seminarda çıxış edən mərkəzin direktoru, dosent Rafiq Abbasov Azərbaycanda Çin dilinin tədrisinə marağın artması, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə ÇXR-na tarixi səfəri zamanı əsası qoyulmuş Azərbaycan-Çin arasındakı siyasi, iqtisadi və mədəni əməkdaşlığın ildən-ilə inkişafı, Azərbaycanda Çin dilinin tədrisi tarixi haqqında danışdı. O, Çin dilinin tədrisinin kommunikativ və linqvo-psixoloji metodlarını və Çinşünas mütəxəssislərin yetirdirilməsində heroqliflərin öyrədilməsinin vacibliyini xüsusi vurğuladı.
Seminar çərçivəsində universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının I kurs tələbələri ilə açıq dərs keçirildi. Müəllim Turan Hüseynova, magistrlar Könül Abbasova və Firəngiz Hacızadə tələbələri Çin dilinin qrammatikasının, heroqliflər və fonetikasının müasir tədris metodikaları ilə tanış etdilər. Tədbirdə iştirakçılar mərkəzdə açılmış Çin dilinin müasir kitab və dərs vəsaitləri sərgisi, eyni zamanda Çin dilinin mənimsənilməsi səviyyəsini qiymətləndirən HSK imtahanlarının keçirilmə qaydaları ilə tanış oldular.

 

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !