Mənim Mikrofonum layihəsi -

Mənim Mikrofonum layihəsi

Keçən həftədən etibarən Gənclər şəhəri Mingəçevirdə musiqi festivallarına start verilib.
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Mənim Mikrofonum” adlı layihədə Müxtəlif kateqoriyadan olan gənclər iştirak edirlər. Layihə koordinatoru Tural Kərimovun verdiyi məlumata əsasən layihənin məqsədi xüsusi istedada malik gənclərin üzə çıxarılması, onların düzgün istiqamətləndirilməsi ,yetışdirilməsi və bütövlükdə gənclərin incəsənət sahələrinə maraqlarının artırılmasından ibarətdir. Festivalların ilin sonuna kimi davam etdirilməsi nəzərdə tutulur. Layihənin sonunda həmin gənclərdən ibarət komandanın iştirakı ilə yekun şəhər festivalının keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, layihəyə Mingəçevir şəhər Gənclər və İdman idarəsi texniki dəstək göstərir.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !