Mingəçevirdə Dünya fiziki qüsurlu gənclərin gözü ilə adlı layihə uğurla davam edir -

Mingəçevirdə “Dünya fiziki qüsurlu gənclərin gözü ilə” adlı layihə uğurla davam edir

Azərbaycan Respublikasının prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Mingəçevirdə “Dünya fiziki qüsurlu gənclərin gözü ilə” adlı layihə uğurla davam edir. Artıq keçən aydan start verilən layihə bu ayın sonuna kimi davam edəcək.
Mingəçevir Gənclər Evində həyata keçirilən layihədə “Uşaq və ailələrə dəstək Mərkəzi”nin ailə nəvazişindən kənarda qalmış və fiziki qüsurlu yeniyetmə gəncləri iştirak edir. Layihə çərçivəsində gənclərə rəsm çəkmək və yaradıcı idealar formalaşdırmaq bacarıqları öyrədiləcək. Əsas məqsəd bu kateqoriyadan olan gənclərin cəmiyyətə inteqrasiyasını təmin etmək, yaşıdları arasında fəallıqlarının artırılması və gələcəkdə müəyyən peşəyə sahib olmalarını təmin etməkdir. 20 nəfər gəncin iştirak etdiyi layihə sonda onların əl işlərindən ibarət rəsm sərgisi ilə başa çatacaq və hədiyyələrlə mükafatlandırılacaq. Sərgidə şəhər İcra hakimiyyətinin nümayəndələri və müxtəlif idarə və müəssisə rəhbərlərinin iştirakı da gözlənilir.
Layihəyə Mingəçevir Gənclər və İdman idarəsi və Mingəçevir Gənclər Evi texniki dəstək göstərəcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !