ADU-da Milli Dirçəliş gününə həsr olunmuş bilik yarışması keçirildi -

ADU-da Milli Dirçəliş gününə həsr olunmuş bilik yarışması keçirildi

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə 17 noyabr “Milli Dirçəliş Günü”nə həsr olunmuş bilik yarışması keçirildi. Bilik mübarizəsinə Pedaqoji fakültənin “Xocalı 2”, “Qarabağ”, Tərcümə fakültəsinin “Şuşa”, “Laçın”, Filologiya və Jurnalistika fakültəsinin “Xocalı 1”, “Ağdam”, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin isə “Kəlbəcər” və “Dərbənd” komandaları qatılmışdı. ADU Tələbə Həmkarlar Təşkilatının sədri Aytəkin Mehdiyeva komandalara yarışmanın şərtləri haqqında məlumat verdi. Bildirdi ki, mübarizə 3 mərhələdən ibarətdir və hər mərhələdə komandalara 12 sual veriləcək.
Gərgin bilik mübarizəsi şəraitində keçən və 8 komandanın qatıldığı yarışmada Filologiya və Jurnalistika fakültəsinin “Xocalı 1” komandası 29 xal nəticə göstərərək qalib gəldi. Tərcümə fakültəsinin “Şuşa” və “Laçın” komandaları isə müvafiq olaraq II və III yeri bölüşdürdülər.
Qaliblərə Tələbə Həmkarlar Təşkilatının kuboku təqdim olundu.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !