Mingəçevirdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilmişdir -

Mingəçevirdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilmişdir

Mingəçevir şəhər İcra Hakimiyyətinin kollektivi mütəmadi olaraq valideyn himayəsindən məhrum olmuş, ailə vəziyyəti ağır və fiziki qüsuru olan uşaqlara yardım göstərir.
AzərTAc xəbər verir ki, növbəti belə xeyriyyə tədbiri Mingəçevir şəhər Uşaq Nevroloji Sanatoriyasında təşkil edilmişdir. Burada 25 uşağa qış geyim əşyaları, müxtəlif oyuncaq və dərs ləvazimatı təqdim olunmuşdur. Sonra isə 400-ə yaxın xüsusi qayğıya ehtiyacı olan uşaq Mingəçevir Dövlət Dram Teatrında “Tıq-tıq xanımın nağılı” tamaşasına baxmışdır.
Bildirilmişdir ki, valideyn himayəsindən məhrum olmuş, ailə vəziyyəti ağır olan, eləcə də fiziki qüsurlu uşaqların da sevinməyə, şənlənməyə haqları vardır. Onların sevinc içində böyüməsi, hər cür qayğı ilə əhatə olunması üçün dövlətimiz tərəfindən lazımı işlər görülür.
Uşaqların dünya görüşünün artırılması üçün bu cür xeyriyyə aksiyaları gələcəkdə də davam etdiriləcəkdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !