Lənkəranda Dövlət Bayrağı Günü münasibətilə rəsm sərgisi və ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir -

Lənkəranda Dövlət Bayrağı Günü münasibətilə rəsm sərgisi və ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir

Noyabrın 8-də Lənkəran şəhərindəki Dövlət Bayrağı Meydanında bayram tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Lənkəran şəhər uşaq rəssamlıq məktəbi şagirdlərinin Azərbaycan Bayrağına həsr etdikləri rəsm sərgisi ilə tanış olmuşlar.
“Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq - öz yurduma öz hakimliyim” adlandırılan bayram tədbirində Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının və rayonun incəsənət ustalarının ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, mahnılar və şeirlər ifa olunmuşdur. 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !