ADU-da Bayraq günü qeyd olundu -

ADU-da Bayraq günü qeyd olundu

Noyabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) 9 noyabr “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” nə hərs olunmuş tədbir keçirildi. Filologiya və Jurnalistika fakültəsinin 343-344-cü qruplarının təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev və tələbələr iştirak edirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”ilə əlaqədar nitqi və Dövlət Bayraq Meydanının açılışından bəhs edən videoçarx izlənildi.
Tələbələr bu günün tarixi haqqında geniş məlumat verdilər. Azərbaycan Respublikasının üçrəngli bayrağının 9 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının (1918-1920) dövründə milli atributlardan biri olduğunu və Sovet Sosialist Resublikaları İttifaqının (SSRİ) dağılmasından sonra, 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edildiyi qeyd olundu. Tədbirdə Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyasına görə, Azərbaycanın dövlət bayrağı, gerbi və himni milli atributlar hesab edildiyi söylənildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanına əsasən hər il 9 noyabrın “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”kimi dövlət səviyyəsində qeyd olunduğu tədbir iştirakçılarının nəzərinə çatdırıldı.
Sonra tələbələrin ifasında vətənpərvərliyi tərrənnüm edən şeirlər, mahnılar səsləndirildi və səhnəciklər nümayiş olundu.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ə. Əliyev tələbələri bayram münasibətilə təbrik etdi. Tədbirin yüksək səviyyədə təşkil olunduğunu deyən prorektor təşkilatçılara öz minnətdarlığını bildirdi.
Tədbir “Mən Azərbaycanlıyam” mahnısının səsləndirilməsi ilə başa çatdı.

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !