Ağcabədi və Mingəçevir şəhərində Sosial müdafiəsi zəif olan insanlara hüquqi xidmətin və maarifləndirmənin təşkili layihəsini həyata keçirilmişdir -

Ağcabədi və Mingəçevir şəhərində “ Sosial müdafiəsi zəif olan insanlara hüquqi xidmətin və maarifləndirmənin təşkili” layihəsini həyata keçirilmişdir

“İdeal Gələcək” gənclər ictimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT –lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Ağcabədi və Mingəçevir şəhərində “ Sosial müdafiəsi zəif olan insanlara hüquqi xidmətin və maarifləndirmənin təşkili” layihəsini həyata keçirmişdir.
Layihə çərçivəsində sosial təminatı zəif olan şəxslərə “Qanunun Aliliyi və İctimai Maarifləndirmə” adlı təlim-seminarlar keçirilmişdirki bu zaman cəmiyyətin əsas kütləsini təşkil edən region gənclərinə hökümətin qəbul etdiyi və onların sosial təminatına müsbət təsir edəcək qanunlar haqqında məlumat verilmişdir. Buda öz növbəsində regionlarda iqtisadi geriliyə zəmin yaradan , gənclərin dövlət idarəçiliyində və məxsusi ilə dövlət proqramlarının icrası haqqında məlumatlılığını artırmaq məqsədi ilə həyata keçirilmişdir.Layihə çərçivəsində region gənclərinin dövlət orqanlarının fəaliyyəti,yeni qəbul olunmuş qanunları əhali arasında təbliğ edilməsi. gənclərin sosial problemlərin həlli istiqamətində əhalini yeni qanunlara əsaslanmasına sövq edilməsi istiqamətində maarifləndirici seminarlar həyata keçirilmiş ,hökümət ilə sosial təminatı zəif olan region gəncləri arasında virtual əlaqənin formalaşdırılmasına şərait yaradılmışdır.

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !