ADU-da Azərbaycan-Çin əlaqələrinin inkişafında xalq diplomatiyasının rolu mövzusunda seminar keçirildi -

ADU-da “Azərbaycan-Çin əlaqələrinin inkişafında xalq diplomatiyasının rolu” mövzusunda seminar keçirildi

Noyabrın 5-də Azərbaycan Dillər Universitetində Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Çin əlaqələrinin inkişafında xalq diplomatiyasının rolu” mövzusunda seminar keçirildi. Seminarda ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, ADU rektorunun müşaviri Vazeh Əsgərov və Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfirliyinin müşaviri Li Yunxuey iştirak edirdi.
Tədbirdə çıxış edən mərkəzin direktoru Rafiq Abbasov qarşılıqlı faydalı strateji əməkdaşlığın inkişafında və Azərbaycan-Çin arasındakı humanitar mübadilədə xalq diplomatiyasının rolundan danışaraq mədəniyyətlərarası dialoqda gənclər təşkilatlarının iştirakının vacibliyini xüsusi vurğuladı.
O, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, İDEA kampaniyasının yaradıcısı Leyla Əliyevanın apardığı ictimai diplomatiyanın müsbət nəticələrini qeyd etdi. Seminarda universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri öz çıxışlarında Azərbaycan-Çin xalq diplomatiyasının inkişafının əsas mərhələləri və perspektivləri, Azərbaycanın humanitar siyasətinin özəllikləri, qardaşlaşmış şəhərlər Bakı, Sumqayıt və Çin şəhərləri- Çjuçjoy, Çendu və Karamayın beynəlxalq fəaliyyəti haqqında məsələlərə toxundular.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !